Sol cinah müdafiəçisi axtarışında olan "Real Madrid" keçmiş oyunçusu Teo Hernandezi transfer siyahısına əlavə edib.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, oyunçu tərəfi "Milan"la müqavilənin uzadılmasının tərəfdarı deyil. Müdafiəçi ilə "Kral klubu"ndan başqa "Mançester Siti" də maraqlanır. Hernandez isə "Real"a keçmək istəyir.
Milan təmsilçisi Teo Hernandezin keçidi baş tutarsa, "Borussiya Dortmund"un gənc sol cinah müdafiəçisi Almuqera Kabarı transfer etməyi planlaşdırır.
Qeyd edək ki, fransalının "Milan" ilə 2026-cı ilə qədər müqaviləsi mövcuddur.
Hüseyn Rəşadoğlu