RU

SOCAR-ın Sloveniya şirkətləri ilə əməkdaşlığı müzakirə edildi

SOCAR-ın prezidenti Rövşən Nəcəf Sloveniyanın "Petrol d.d." şirkətinin İdarə Heyətinin sədri Saso Berger və "Geoplin d.o.o." şirkətinin baş icraçı direktoru Simon Urbankl ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

 

Bildirilib ki, görüşdə SOCAR ilə "Petrol d.d." və "Geoplin d.o.o." şirkətləri arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Избранный
14
12
day.az

10Источники