RU

“İpək Yolu Sığorta” risk mütəxəssisi vəzifəsinə işçi axtarır - VAKANSİYA

“İpək Yolu Sığorta” Risk mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi): 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) 09:00-dan 18:00-dək. 

Vəzifənin öhdəlikləri:

1. Risk iştahası bəyannaməsini, risklərin idarə edilməsi siyasətlərini və qaydalarını hazırlamaq;

2. Sığortaçının fəaliyyətinin risklərin idarə edilməsi siyasətlərinə uyğunluğunu təmin edən prosedurları hazırlamaq;

3. Sığortaçının risk mədəniyyətinin vəziyyətinə dair hesabatlar hazırlamaq;

4. Məcmu və ayrı-ayrı risk növləri üzrə sığortaçının cari və gələcəkdəki risk iştahasına dair rəy hazırlamaq;

5. Strateji qərarlarında strateji risklərin, həmçinin müştərilərə təklif olunan sığorta məhsullarından yarana biləcək riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırılması üçün təkliflər vermək;

6. Risk hesabatlarının xüsusiyyətini, həcmini, forması və təqdim edilmə dövriliyini müəyyən etmək;

7. Sığortaçının cari risk profili, risk mədəniyyətinin cari vəziyyəti, risk iştahası və risk limitlərinin istifadəsi, risk limitlərinin pozulması halları və risklərin azaldılması tədbirlərinə dair hesabatları hazırlamaq.

 

Namizədə olan tələblər:

İş təcrübəsi və təhsili: Risklərin idarə edilməsi üzrə 5 illik iş təcrübəsi.

İqtisadiyyat, idarəetmə və ya hüquq sahələrində ali təhsil və maliyyə sahəsində 5 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və həmin sahələrdə 7 illik iş təcrübəsinin olması.

Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dillərini bilməsi üstünlükdür.

Kompüter bilikləri: Microsoft Office

Vakansiya üçün müraciət qaydası: CV-lər “Risk mütəxəssisi” mövzusu ilə [email protected]  elektron ünvanına göndərilməlidir.

Избранный
2
fed.az

1Источники