USAID-in Azərbaycana qərəzi
USAID son dövrlərdə Azərbaycana qarşı apardığı qərəzli kampaniyalar ilə diqqət çəkirdi. Bu ittihamların başında isə ABŞ Dövlət Departamentinin əvvəlki dövrlərdə göstərdiyi qərəzli mövqe və bu mövqenin Viktoriya Nulandın rəhbərlik etdiyi şəbəkə tərəfindən idarə edilməsi dayanır.
USAID-nin dünya mediasında Azərbaycana qarşı aparılan təbliğat kampaniyasında rolu olduğu üzə çıxıb. Xüsusən, "Politico" və "BBC" kimi nüfuzlu media qurumlarının USAID tərəfindən maliyyələşdirildiyi qeyd edilir. Bu USAID-in beynəlxalq media şəbəkələri ilə sıx əməkdaşlığını və bu əməkdaşlığın Azərbaycana qarşı yönəlmiş təzyiq kampaniyasına dəstək verdiyini ortaya qoyur.
Maraqlı məqam isə BBC-nin Ruben Vardanyanı açıq şəkildə dəstəkləməsi və onu "Hard Talk" verilişinə dəvət etməsidir. BBC-nin yayım şəbəkəsi olan bu kanalın Azərbaycan əleyhinə aparılan kampaniyadakı rolu, onun USAID tərəfindən maliyyələşdirilməsi ilə əlaqəlidir. Ruben Vardanyanın dəstəklənməsi isə əslində USAID-in Azərbaycana qarşı güclü təzyiq göstərmək məqsədilə istifadə etdiyi taktikaların bir hissəsi kimi görünür.
USAID-in keçmiş rəhbəri Samanta Pauer Ruben Vardanyandan 1 milyon ABŞ dolları məbləğində "mükafat" (rüşvət də demək olar) alıb. Bu cür maliyyə münasibətləri USAID-in qanunsuz fəaliyyətləri və bu fəaliyyətdəki şəxsi maraqlar barədə ciddi narahatlıqlara səbəb olub.
Bundan əlavə, ABŞ-nin yüksək səviyyəli siyasətçiləri və dövlət məmurları, o cümlədən Co Bayden, Antoni Blinken, Bob Menendez və Adam Şiffin bu mafiya strukturları ilə əlaqəli olduğu iddia edilir. Bu əlaqələrin ifşa olunması USAID-in inkişaf fəaliyyətlərinin nə dərəcədə qaranlıq və korrupsiyaya meyilli olduğunu göstərir.
Bütün bunlar USAID-in fəaliyyətlərinin yalnız Azərbaycanın deyil, digər ölkələrin daxili siyasətlərinə də təsir etdiyini göstərir. USAID-in inkişaf fəaliyyətləri adından həyata keçirilən bu kampaniyalar, onun şəxsi maraqlarına xidmət edən və korrupsiyaya meyilli strukturlara çevrilməsinə səbəb olub. Bu cür narahatlıqların müzakirəsi USAID-in fəaliyyətlərinin qlobal təsirini və bu təsirlərin hansı maraqlar üçün istifadə edildiyini anlamağa kömək edir. Məlum olur ki, bu cür beynəlxalq təşkilat vasitəsilə həyata keçirlən siyasət, həm də ölkənin imicinə və daxili stabilliyinə ciddi zərər vurub.
USAID-in ömrü bitir
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Qazaxıstanda işini dayandırır. bu barədə məlumatı "Kazinform" yayıb. Bildirilib ki, təşkilat adıçəkilən ölkədəki fəaliyyətinə rəsmi şəkildə yekun vurmağa hazırlaşır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: "USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".
Milli.az