RU

“Mənə dəyər verilən və hörmət edilən yerdəyəm”

“Yenidən burada, mənə dəyər verilən və hörmət edilən yerdə olduğum üçün çox şadam”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Kadi Borges Macarıstan mətbuatına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, Ağdam klubunda bütün futbolçulara güvənirlər: “Burada ruhum dinclik, sakitlik tapır. İndi məşqə köklənməyin vaxtıdır ki, meydana mümkün qədər tez qayıda bilim. Komandama uzunmüddətli perspektivdə kömək etmək istəyirəm”.

Qeyd edək ki, “Qarabağ” Kadi Borgeslə 4 illik müqavilə imzalayıb.

Избранный
24
1
msport.az

6Источники