“Öz fənnini yaxşı bilməyən müəllimlərin direktor olması mümkün deyil”.
Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı nəzərə alınacaq:
"Bununla yanaşı, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda namizədlərin sertifikatlaşdırma balı və müəssisə rəhbərinin rəyi də nəzərə alınacaq. Şərtləri ödayən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər".
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта