RU

17 yaşlı oğlan kanalda batdı, suyun səviyyəsi endirildi

Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.

Gundem.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü Adil Əkbər oğlu Həsənov kanalda batmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Yeniyetmənin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

Hazırda axtarışlar davam etdirilir.

Избранный
46
4
gundem.az

6Источники