RU

Fevralın 7-də KTMT parlament komitələrinin rəhbərləri görüşəcək

Fevralın 7-də Moskvada KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv dövlətlərin parlament komitələrinin sədrlərinin görüşü keçiriləcək.

Herbiand.az bildirir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov Dövlət Dumasının müvafiq komitələrinin birgə iclasında deyib.

"Yeri gəlmişkən, sabah biz KTMT komitələrinin sədrləri ilə görüşəcəyik. Biz bir neçə saat işləyəcəyik", -  Kalaşnikovbildirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
26
herbiand.az

1Источники