RU

Fati "Barselona"nın heyətindən kənarda qaldı

"Barselona"nın cinah oyunçusu Ansu Fati Kral Kubokunun 1/4 finalında "Valensiya" ilə oyun üçün heyətdən kənarda qalıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi qarşıdakı matçda iştirak edə biləcək futbolçuların siyahısını açıqlayıb. Gözlənildiyi kimi, heyətdə Lamin Yamal, Rafinya Diaz, Robert Levandovski və digər aparıcı oyunçular yer alıb. Lakin 22 yaşlı Fati siyahıya daxil edilməyib.

Bu, birinci dəfə deyil ki, baş verir. Daha əvvəl "Barselona"nın baş məşqçisi Hans-Diter Flik açıq şəkildə futbolçunu gələcək planlarında düşünmədiyini bildirib.

Bu mövsüm Fati bütün yarışlarda 8 matçda iştirak edib və heç bir qol vurmayıb. "Valensiya" - "Barselona" matçı bu gün, fevralın 6-da keçiriləcək. Başlama Bakı vaxtı ilə saat 00:30-dadır. Burada mətn yayımı olacaq.

Избранный
27
15
90deqiqe.az

10Источники