RU

Hollandiyada dövlət qulluqçularına DeepSeek-dən istifadə qadağan edilib

Hollandiya hökuməti Çinin "DeepSeek" chatbotundan dövlət qulluqçularının istifadəsinə qadağa qoyub.

NOS bu barədə məlumat verib.

Nəşrin məlumatına görə, bu qərarı rəqəmsallaşdırma üzrə dövlət katibi Zsolt Szabo verib. O, DeepSeek-in casusluğa qarşı həssas olduğunu bildirib.

Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi (AP) ölkə əhalisini chatbotdan ehtiyatla istifadə etməyə çağırıb.

Избранный
38
aznews.az

1Источники