“Mançester Siti”nin mətbuat xidməti komandanın yanvar ayı üçün ən yaxşı oyunçusunu müəyyənləşdirib.


Rekord.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Fil Foden azarkeşlərin səsverməsində qalib gəlib.


İngiltərəli futbolçu norveçli hücumçu Erlinq Haland və belçikalı yarımmüdafiəçi Kevin de Bruyneni qabaqlayıb. 24 yaşlı Foden keçən ay “Mançester Siti”nin 7 matçında meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


Pep Qvardiolanın komandası İngiltərə çempionatının 24 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Şəhərlilər” Premyer Liqanın son matçında “Arsenal”a 1:5 hesabı ilə uduzub.