RU

Depaya şərti həbs cəzası verildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliyanın "Korintians" klubunda çıxış edən Memfis Depay şərti həbs cəzası alıb.
Oxu.Az xəbər verir ki, niderlandlı hücumçu sərxoş halda avtomobil idarə etdiyi üçün dörd aylıq şərti həbs məhkum edilib. O, eyni zamanda 9 000 avro məbləğində cərimə edilib.
Qeyd edək ki, hadisə ötən il Fransada baş verib. Depaya Monakoda iki il maşın sürmək qadağan edilib.
Xatırladaq ki, M.Depay ötən il "Lion"da çıxış edib. O, daha öncə "Barselona" və "Mançester Yunayted" kimi klubların formasını geyinib. Forvard hazırda "Korintians"ın uğurları üçün çalışır.
Избранный
4
oxu.az

1Источники