RU

Xviçanı "Napoli"də saxlamaq üçün çox çalışdıq -  Covanni Manna

"Napoli"nin idman direktoru Covanni Manna Xviça Kvaratsxeliyanın komandadan ayrılaraq PSJ-yə keçiməsindən danışıb.

 

“İki sahil” xəbər verir ki, o, 23 yaşlı yarımmüdafiəçini "Napoli"də saxlamağa çalışdıqlarını, lakin bacarmadıqlarını deyib: “Kvaratsxeliyaya bizim üçün etdiklərinə görə təşəkkür edirik. O, ötən ilin may ayından PSJ ilə danışıqlar aparırdı. Xviçanı komandada saxlamağa çalışdıq, amma bacarmadıq. Və bu təkcə bizim istəyimiz deyildi. Onun başqa klublarla danışıqlar aparması normaldır, transfer bazarının bir hissəsidir. İnsan getmək istəyəndə onu qalmağa inandırmaq çətindir. Siz cəhd edə bilərsiniz, amma qalmaq istəməyən oyunçunu niyə saxlayaq? Kim buradadırsa, o, istədiyi üçün qalır. Mən insanları məcbur etməyi sevmirəm".

Qeyd edək ki, ötən ay Kvaratsxeliya "Napoli"dən PSJ-yə keçib. Transfer məbləği təxminən 70 milyon avro təşkil edib.

Избранный
2
1
ikisahil.az

2Источники