Hücumçu Harri Keynin "Bayern" ilə müqaviləsində başqa klubların futbolçunu almasına icazə verən bənd var.
Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Sərbəstqalma maddəsi 2025-ci ilin yanvar ayının sonuna qədər artıq 67 milyon funt-sterlinq idi. 2025-ci ilin yayında bu məbləğ 54 milyon funt-sterlinqə düşəcək.
Bildirilir ki, Keyn “Bayern”də tam xoşbəxtdir və mövsümün sonuna kimi karyerasının ilk böyük kubokunu qazanacağına inanır. Lakin futbolçu karyerasını bitirmək üçün Premyer Liqaya qayıtmaq arzusundadır.