Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır.
Növbəti 5 il ərzində Qarabağ Universitetində 10-12 min tələbənin olması gözlənilir.