![Nazirdən](/uploads/posts/2025-02/diplom.jpg)
Nazir Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməsinin gecikməyinə aydınlıq gətirib.
Reyting.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.
E.Əmrullayev bildirib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır:
"Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".