RU

"MƏHKƏMƏYƏ VERSİNLƏR..." - Nazir saxta qəbul qalmaqalına görə UNEC-in diplom ala bilməyən məzunlarına mersaj verdi

Elm və Təhsil naziri Emin Əmruillayev Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Dərbənd filialında 2023-2024-cü il məzunlarına diplomların verilməməsi haqda sualı cavablandırıb.

Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bu barədə fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nair qeyd edib ki, diplomların verilməsində məhkəmə qərarı əsasdır: "Bu mövzu barədə araşdırma gedir. Əgər kimsə bizimlə razı deyilsə, məhkəməyə müraciət edə bilər. Belə olduğu halda məhkəmə qərarı ilə diplomları təqdim edə bilərik".

UNEC-ə yaxın mənbələr isə "Emin Əmrullayev rektor Ədalət Muradovun nazir təyin olunma ehtimalından qorxur deyə belə qalmaqalın böyüməsinə maraqlıdır" ittihamı irəli sürürlər...

Samir Musayev

MİA.AZ

Избранный
49
4
mia.az

6Источники