"Dərs saatlarının başlanğıc vaxtı məktəb rəhbərliyi və valideynlərin razılığı əsasında dəyişdirilə bilər".
Bolgə.TV xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayevin bildirib.
Nazir fevralın 6-da keçirdiyi brifinqdə bildirib ki, bu məsələdə nazirlik hər hansı maneə yaratmır.
"Xüsusilə kənd məktəblərində valideynlər dərslərin saat 8:00 yox, 8:30 və ya 9:00-da başlamasını istəyə bilər. Biz buna etiraz etmirik," – deyə Emin Əmrullayev vurğulayıb