RU

İsrailin İran hökumətinə qarşı hərbi əməliyyatlarını alqışlayıram - ABŞ müdafiə naziri

Amerikanın müdafiə naziri Pit Heqset, İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə onu İran hökuməti və onun proksi qüvvələrinə qarşı İsrailin hərbi əməliyyatlar həyata keçirdiyinə görə alqışlayıb.

Bu barədə Amerika Müdafiə Nazirliyinin məlumatında deyilib.

Pentaqon binasında keçirilən görüş zamanı Heqset və Netanyahu İran hökumətini bölgənin təhlükəsizliyi üçün hələ də təhdid hesab ediblər və buna görə əməkdaşlıq etməyə razılaşıblar.

Amerika müdafiə naziri və İsrailin baş naziri Yaxın Şərqdə sabitlik üçün regional inteqrasiyanı çox vacib adlandırıb.

"Amerika Donald Trampın rəhbərliyi altında güc vasitəsilə sülhə nail olmaq üçün İsraillə çiyin-çiyinə dayanacaq”,- Amerika müdafiə naziri vurğulayıb.

Heqset bildirib ki, Tramp administrasiyası İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyəcək. 

Benyamin Netanyahu isə Tramp administrasiyasının İsrailin ehtiyac duyduğu silahları təmin etmək öhdəliyini yüksək qiymətləndirib.

Amerika müdafiə naziri Amerika və İsrail arasındakı qırılmaz bağı vurğulayaraq, İsraili Yaxın Şərqdə nümunəvi müttəfiq adlandırıb. Heqst Amerikanın İsrailin təhlükəsizliyinə 100 faiz sadiq olduğunu vurğulayıb.

Hegst və Netanyahu həmçinin 40-dan çox amerikalı da daxil olmaqla 1200-ə yaxın mülki şəxsin ölümünə səbəb ol 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı terror hücumunu da müzakirə ediblər.

Hegse, Netaniahunu "atəşkəs razılaşmasına və girovların azad edilməsinə səbəb olan" son 15 ayda göstərdiyi cəsarət və liderliyə görə alqışlayıb.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda yüksək rütbəli Amerika rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra, fevralın 5-də Amerikanın vitse-prezidenti J.D.Vens və Amerikanın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals ilə görüşüb.

Fevralın 4-də o, Ağ Evdə Donald Trampla da görüşüb və danışıqlar aparıb.

visiontv.az



Избранный
25
visiontv.az

1Источники