RU

Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək (TƏFƏRRÜAT)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Əmək Müfəttişliyi təsisçisi Aydın Orucov olan "Wilstream" şirkəti barəsində məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dövlət qurumunun məhkəməyə müraciət etməsinin səbəbi biznesmen Aydın Orucovun şirkətin maliyyə direktoru vəzifəsində işləmiş Abbasova (Məmmədova) Xanım Oqtay qızını Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarması olub.

Xanım Abbasova ilə yanaşı, şirkətdə mühafizəçi işləyən həyat yoldaşı Samir Məmmədov da Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə qanunsuz olaraq işdən çıxarıldığını deyib. Nazirlik tərəfindən məsələ araşdırıldıqdan sonra həqiqətən Xanım Abbasovanın  qanunsuz olaraq işdən çıxarıldığı məlum olub.

İddiaçı məhkəmədə hamilə olduğu vaxt qanunsuz olaraq işdən çıxarıldığına görə stress və psixoloji gərginlik keçirdiyini, bu səbəbdən 50.000 manat miqdarında mənəvi ziyanın pul şəklində cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

 



Избранный
44
6
news24.az

10Источники