“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində bu gün həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa 2 ay 1 gün müddətə həbs edilib.
Yanvarın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Mia.az xəbər verir ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur.