RU

Şəmşad Ağa həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Meydan TV işi" üzrə saxlanılan "Arqument.az" saytının rəhbəri Şəmşad Ağa barəsində həbs-qətimkan tədbiri seçilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Şəmşad Ağa iki ay bir gün müddətə həbs edilib.
Qeyd edək ki, o, qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən "Meydan TV" əməkdaşları - Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Избранный
118
50
oxu.az

10Источники