RU

“Həqiqətən ADNSU öz layiqli adamını tapdı” - Yeni rektor haqqında

Sosial şəbəkədə tariximizdən, ədəbiyyatımızdan, qədim yurd yerlərimizdən və s.maraqlı yazıları və xəbərləri gözdən keçirirdim ki, qarşıma belə bir xəbər çıxdı. “ADNSU-a yeni rektor təyin edildi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Rüfət Eyvaz oğluƏzizov Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib.

Əziz oxucu, deyəcəksiniz ki, burda nə var ki, xəbərdi də. Amma elə deyil. Mən dəəvvəl xəbəri, sonra isə sizin kimi başladım xəbərin altında yazılan şərhləri oxumağa.

Bu yazını yazmağa həmin xəbərin altında yüzlərlə yazılmış komentlər vəsilə oldu. Maraqlı yazı və şərhlər olanda vaxtın, zamanın adamdan xəbəri olmur. Özüdə bu şərhləri yazanlar kimlər idi?- Gənclər, tələbələr.

O kəslər ki, ağa ağ, qaraya qara çəkinmədən yaza və deyə bilirlər;

Gələcək hələ onlar üçün çox uzaqda olduğuna görə gənclik təravətini, prinsipiallığını və düzgünlüyünü qoruyub saxlayan tələbələr idi.

Çünki bu açıqlamalar yüzlərlə tələbənin, gerçəkləşən arzuları, xəyalları özündən böyük gəncliyin səmimi ürək sözləri, ehtiramları idi.

Və bir az da hörmətli Rüfət Əzizov haqqında araşdırma aparıb informasya almaq istəyirəm ki,qarşıma Zöhrə xanım İsmayılovanın bir paylaşımı çıxır.

“Həqiqətən ADNSU öz layiqli adamını tapdı”

Və telefonu götürüb illərin dostluğumuzaşahidlik etmiş Zöhrə xanımı yığıram.

-Bəli, İlqar müəllim, salam.
-Salam Zöhrə xanım, Rüfət Əzizov haqqında tələbələrin şərhini oxudum, təsirləndim. Nə yaxşı ki, belə ziyalılarımız var.
-İlqar müəllim, o insan məhz sizin, mənim, tələbələrin, gənclərin ürəyinzcə olan bir insandır. Sizi tanıdığım üçün deyirəm. Özünüz görəcəksiniz ADNSU qısa zamanda hansı uğurlara imza atacaq.Çox vətənpərvər, dövlətinə, ölkəsinə bağlı, tələbələrin sevimlisi olan ziyalı bir insandı.
-Sizinlə tam razıyam, çünki minlərlə tələbənin sevgisini qazanmaq hər rektora nəsib olmur.

Söhbətimizə təbəssümə oxşar bir işıq gəlir. Mövzu hər ikimizin ürəyindən keçənlər idi. Yazını tamamlamaq üçün Zöhrə xanımla sağollaşıram.

Bu yazılanları oxuyandan sonra başa düşdüm ki, Kimya elmləri üzrə fəlsəfə doktoru olan hörmətli Rüfət Əzizov haqqında bu yazını yazmasam, gələcəyimizin işığını sönməyə qoymayacaq gənclik məni bağışlamaz.

Tələbənin ürəyindən keçəni yazmağa nə var ki? Çünki əməlləri ilə danışığı, ürəyindəki ilə dilindəki üst-üstə düşür.

Bunun üçün nə içivərəqlər dolu portfel, nə də mürəkkəb-qələm lazımdır.

Sumqayıt Dövlət Universitetinin tələbələrinin gözləri dolub ki, Rüfət Əzizov kimi rektorla vidalaşır, ADNSU-nun tələbələrini gözləri sevincdən parlayır ki, Rüfət Əzizov kimi rektorları olacaq.SDU - tələbələri, ADNSU - tələbələrinə - "Rüfət müəllim kimi ziyalını qoruyun, qədrini bilin" deyə tövssiyələri də şərhlərdə saysız- hesabsız idi.

Избранный
31
aznews.az

1Источники