Səudiyyə Ərəbistanı mart ayında Asiya və Avropadan olan alıcılar üçün neftin qiymətini kəskin qaldıracaq.
Asiyaya tədarük edilən “Arab Light” markalı neftin qiyməti 2.4 dollar/barel artırılacaq. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək dinamikadır. Nəticə etibarı ilə, dövlətə məxsus olan ?Saudi Aramco?dan verilən açıqlamaya görə, bununla əlaqədar ?Arab Light? 3.9 dollar bahalaşacaq.
Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün qiymətlər 3.2 dollar/barel, ABŞ alıcıları üçün isə 0.1-0.3 dollar/barel artacaq.