RU

Makronun arvadının müəmmalı əməliyyatları: Parisdə onunla bağlı görün nə gizlədilir

Jurnalist və bloger Kendis Ouens Fransanın birinci xanımı Bricit Makronun həyatı ilə bağlı araşdırmasının bir hissəsini dərc edib. İkinci hissə də bir gün əvvəl onlayn olaraq çıxıb.

Publika.az xəbər verir ki, jurnalistin Yelisey sarayındakı həyatın ən şübhəli faktlarına işıq saldığı video araşdırma 50 dəqiqə davam edir. O, əmindir ki, Makronun ailəsi ətrafında aparılan bütün təbliğat kampaniyası yalanlarla doludur.

“Bricit və Emmanueli tərifləyən kitablar, onların parlaq jurnallardakı portretləri ictimai məkanı doldurdu. Məqsəd Parisin ən yaxşı imic mütəxəssisləri tərəfindən hazırlanmış hekayəni insanların beyninə yeritməkdir”, – jurnalist Xavier Poussard deyir.

Uzun illər idi ki, birinci xanımın fotoşəkillərini dərc etmək hüququ yalnız fransız imic eksperti Mişel Mimi Marşanda idi. Ouens qeyd edib ki, görüntüyə nəzarət edən Bricit olub.

Fransa prezidenti Emmanuel Makron və Bricit arasında ilk görüş müvafiq olaraq 14 və 39 yaşlarında baş tutub. O zaman Makron gələcək həyat yoldaşının tədris etdiyi teatr dərslərində iştirak edirdi.

Jurnalist Bricitin çevrəsində şübhəli əlaqələri olan və sənədlərin saxtalaşdırılması, narkotiklərin qanunsuz dövriyyəsi və uşaq pornoqrafiyası saxlamaqda təqsirli bilinən bir neçə şübhəli şəxsi aşkar edib. O, həmçinin iddia edir ki, Fransanın birinci xanımı dostları ilə transgender şoularına gedir.

“Bu cütlüyün ətrafında hər zaman nəsə baş verir və bu, qəribədir”, - Ouens istintaqda bildirib.

Избранный
20
publika.az

1Источники