Azərbaycan millisinin sabiq futbolçusu Vüsal İsgəndərli “Boluspor”da qol hesabını açıb.
İdman.biz xəbər verir ki, 29 yaşlı hücumçu Türkiyə kubokunun “Qalatasaray”la görüşündə fərqlənib.
O, hazırda davam edən görüşün 12-ci dəqiqəsində qonaqların qapısına yol tapıb. Cəmi 11 dəqiqə sonra Alvaro Morata “Qalatasaray”ın cavab qoluna imza atıb.
Qeyd edək ki, ilk hissəsi gedən görüşdə hesab 1:1-dir.
İdman.biz