RU

İran səfiri demarkasiya prosesindən danışdı

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesi Ermənistan-İran sərhədinə təsir edə bilməz.

"Unikal" xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani İslam İnqilabının qələbəsinin 46-cı ildönümü münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

"Bizimlə Ermənistan arasında sərhəd çox aydındır. Dövlət sərhədinin dəqiqləşdirilməsi üçün Ermənistanla Azərbaycan arasında aparılan dialoqlar heç bir şəkildə Ermənistan-İran sərhədinə təsir edə bilməz", - səfir deyib. 

İran hesab edir ki, demarkasiya prosesi regionda sülhün əldə olunması istiqamətində atılan yeni addımdır. Səfir bunun Alma-Ata Bəyannaməsinə və beynəlxalq qaydalara əsaslandığını vurğulayıb: "Rəsmi Tehran əmindir ki, proses qeyd olunan prinsiplərə uyğun aparılarsa, bu, təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verəcək".

Ağarza Elçinoğlu 

Избранный
10
50
unikal.az

10Источники