RU

Bu ölkə qərar verdi: İkinci Dünya müharibəsində qələbənin 80 illiyi qeyd edilməyəcək

Moldova parlamenti İkinci Dünya müharibəsində qələbənin 80 illiyini qeyd etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə RT öz "Telegram" kanalında məlumat yayıb.

“Moldovanın hakim partiyası PAS-ın üzvləri İkinci Dünya müharibəsində qələbənin 80-ci ildönümünün qeyd edilməsi ilə bağlı parlamentin qətnamə layihəsini rədd ediblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq qanun layihəsi moldovalı biznesmen və siyasətçi İlan Şorun rəhbərlik etdiyi müxalifətin “Qələbə” bloku tərəfindən parlamentə təqdim edilmişdi.

Избранный
20
publika.az

1Источники