RU

"Rusiya Bakıdan bu məsələnin müsbət həllini gözləyir" - Zaxarova

"Rusiya Bakıda “Rus evi” ilə bağlı məsələnin müsbət həllini gözləyir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yerli KİV-ə açıqlamasında deyib. 

“Rusiya tərəfi Rusiya Evinin qeydiyyatını başa çatdırmaq üçün lazımi tədbirlər görməyə və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazır olduğunu bildirib”, - "RİA Novosti" onun sözlərini sitat gətirib. 

Qeyd edək ki, Azərbaycan tərəfi “Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Gülayə Mecid 

Избранный
22
1
unikal.az

1Источники