RU

“Sumqayıt Taxıl Em” məhkəmə qarşısında

“Sumqayıt Taxıl Em” şirkəti barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 

Qeyd edək ki, 496.1-ci maddəyə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Избранный
61
valyuta.az

1Источники