RU

MİDA Naxçıvanda yeni yaşayış kompleksi tikəcək

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinintikintisi ilə bağlı işlərə başlayır.

Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan şəhəri,Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində inşa edilməsiniplanlaşdırıb.

Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi iləəlaqədar layihə hazırlıqlarına başlayıb.

Agentlik sözügedən işlərin icrasına 619,5 min manat vəsaitinsərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, agentlik bir neçə müddət əvvəl Bakının Suraxanırayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaqsahəsində yeni yaşayış kompleksinin inşa edilməsi işlərinə startvermişdi.

Избранный
25
16
az.trend.az

10Источники