Zaxarova qeyd edib ki, ABŞ administrasiyası hələlik Ukrayna nizamlanması ilə bağlı mövqeyini formalaşdırmayıb.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, ABŞ-la Ukrayna barəsində danışıqların perspektivləri barədə danışmaq tezdir.
"Ukrayna ətrafında böhranın həllində ABŞ-ın mümkün roluna gəlincə, hər şey yeni administrasiyanın konkret hərəkətlərindən və planlarından asılı olacaq. Hazırda çoxlu sözlər, çoxlu bəyanatlar var, lakin atılan addımlarla bağlı heç bir aydınlıq və ya əminlik yoxdur”-deyə, o bildirib.
Zaxarova vurğulayıb ki, Rusiya Federasiyası ABŞ-ın atacağı konkret addımları rəhbər tutacaq.
Aytən Yaşar/ Turkustan.az