"Rusiya Bakıda "Rus Evi"nin qeydiyyata alınması məsələsini həll etməyə hazırdır və vəziyyətin sağlam şəkildə həllini gözləyir".
"Bakuinfo" TASS-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova deyə.
Qeyd edək ki bundan əvvəl Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər (ruslar-red.) və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Yevgeni Primakov Bakıdan "Rus Evi"nin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləmişdi.