RU

“Zirə” Azərbaycan Kubokunda “Araz-Naxçıvan”a məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

Burada Premyer Liqada işləri yaxşı gedən iki komanda – “Araz-Naxçıvan” və “Zirə” üz-üzə gəlib. Sözügedən kollektivlər daha öncə kubokda heç vaxt qarşılaşmamışdılar. Bir sözlə, Naxçıvan və Zirə təmsilçiləri kubokdakı ilk matçdan uğurlu nəticə ilə ayrılmaq arzusunda idilər. Bu görüşün taleyini bir qol həll edib. Naxçıvan təmsilçisi penaltidən vurduğu yeganə qolla ilk oyunu qalib başa vurub.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab qarşılaşmaları fevralın 27-də və 28-də keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
6 fevral

“Araz-Naxçıvan” – “Zirə” 1:0
Qol: Bernardo Dias, 61-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 97. Tyaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 70. İssa Cibrilla, 18. Junior Martins, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Избранный
117
4
arena.az

10Источники