RU

"Fənərbağça"da ŞOK İTKİ

"Fənərbağça"da ciddi itki baş verib.

Milli.Az xəbər verir ki, Türkiyə Kubokunda "Erzurumspor"a qarşı oyun zamanı 3 futbolçu zədələnib.

Əvvəlcə Aleksander Ciku matçın 52-ci dəqiqəsində zədələnərək 55-ci dəqiqədə yerini yeni transfer Dieqo Karlosa verib. Braziliyalı cəmi 4 dəqiqə meydanda qala bilib. 59-cu dəqiqədə zədə alan braziliyalı Yusuf Akçiçek ilə əvəzlənib. Yusuf da 71-ci dəqiqədə rəqibi ilə mübarizə epizodunda xəsarət alaraq qarşılaşmaya davam edə bilməyib. Gənc oyunçunun yerinə Filip Kostiç meydana daxil olub. 

Qeyd edək ki, görüş "sarı-lacivərtlilər"in 5-0 hesablı qələbəsi ilə başa çatıb./offsideplus.az

Milli.Az

Избранный
11
1
milli.az

2Источники