RU

Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib

London, 6 fevral, AZƏRTAC

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (Foreign Office) Rusiyaya qarşı cavab tədbiri olaraq bir rus diplomatın akkreditasiyasını ləğv edib.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, bu addım ötən il Moskvadan bir britaniyalı diplomatın qovulmasına cavab olaraq atılıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiyanın Böyük Britaniyadakı səfiri yüksəksəviyyəli britaniyalı rəsmilərlə görüşə çağırılıb və diplomatın akkreditasiyasının ləğvi barədə məlumatlandırılıb.

“Bu, Rusiyanın keçən ilin noyabrında britaniyalı diplomatın akkreditasiyasını əsassız və təxribat xarakterli şəkildə ləğv etməsinə cavabdır. Böyük Britaniya öz diplomatlarına qarşı bu cür təzyiqləri qəbul etməyəcək və buna uyğun olaraq qarşılıqlı tədbirlər görəcək. Əgər Rusiya bundan sonra əlavə addımlar atarsa, bu, eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab veriləcək”, - deyə açıqlamada qeyd olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
17
7
azertag.az

8Источники