RU

Bu saytın fəaliyyəti dayandırıldı

Medianın İnkişafı Agentliyi (MEDİA) “Anaxeber.info” saytının bloklanması ilə bağlı iddiası əsasında məhkəmə prosesi keçirilib.

 

Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

 

Qərara əsasən, MEDİA-nın iddiası təmin edilib, saytın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb.

 

Qeyd edək ki, sözügedən saytın Media Reyestrində qeydiyyatı olmayıb.

 

APA

Tarix: 6 Fevral 2025, 18:45   
Избранный
24
2
pravda.az

9Источники