RU

Şibanini Brüsselə dəvət etdi

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd aş-Şibanini Brüsselə səfərə dəvət edib.

Bu barədə məlumatı Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anvar al-Anuni açıqlayıb. 

Onun sözlərinə görə, dəvət yanvarın 12-də tərəflər arasında Ər-Riyadda keçirilən görüş zamanı edilib. 

Qeyd edək ki, yanvarın 27-də isə Brüsseldə Aİ-nin XİN rəhbərləri iclas zamanı Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlərin yumşadılmasına başlamaq barədə razılığa gəliblər.

"Cebheinfo.az" 

Избранный
34
1
cebheinfo.az

2Источники