RU

USAİD-dən ən çox yardım alan ölkə Ukraynadır

2022-ci ildən bəri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) vəsaitlərindən ən çox yararlanan ölkə Ukrayna olub.

Editor.az bu barədə ABŞ-ın xarici yardımlarının ictimaiyyətlə paylaşıldığı ForeignAssistance.gov saytındakı məlumatlara istinadla xəbər verib. Əsas diqqət USAID-in 2022-ci ildən bəri verdiyi yardımlara yönəldib. Əldə edilən məlumatlara görə, Ukrayna 3 ildə ABŞ-dan 32,4 milyard dollar yardım alıb. Bu məbləğ sözügedən dövrdə göstərilən yardımın 27,2 faizini təşkil edir. 2022-ci ildə 9,95 milyard dollar, 2023-cü ildə 16,43 milyard dollar, 2024-cü ildə isə 6,05 milyard dollar əldə edərək, USAİD resurslarının ən çox köçürüldüyü ölkə Ukrayna oldu.

ABŞ-da USAİD-in gələcəyi ilə bağlı müzakirələr genişlənir. CBS televiziyasının məlumatına görə, Ağ Ev USAID-i Dövlət Departamenti ilə birləşdirməyi və kadrların sayını azaltmağı planlaşdırır. Ancaq mətbuatda yer alan xəbərlərə görə, təşkilatın humanitar yardımdan məsul bir struktur olaraq fəaliyyətini davam etdirməsi vurğulanır. ABŞ prezidenti Donald Tramp dəfələrlə USAİD-i tənqid edərək, təşkilatın Amerika vergi ödəyicilərinin pullarını Vaşinqtonun maraqlarına xidmət etməyən layihələrə xərclədiyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
25
editor.az

1Источники