RU

Şagird məktəbdə sinif yoldaşını bıçaqladı VİDEO

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib. Hadisə rayonun Rəstəcə kəndində baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Rəstəcə kənd tam orta məktəbin 16 yaşlı 9-cu sinif şagirdi ilə sinif yoldaşı arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ diqqətdə saxlanılır.

TƏBİB-in məlumataına görə Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4- də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. İlkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-i ambulator müalicə üçün evə buraxılıb.

DİN-nin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirildi ki, faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
51
4
xezerxeber.az

10Источники