ABŞ prezidenti Donald Tramp dövründə qəbul edilən gömrük vergisi qərarları kriptovalyuta bazarlarında əhəmiyyətli dalğalanmalara səbəb olub.
Valyuta.az xəbər verir ki, bu hadisələr "Bitcoin"in dəyər itirməsinə yol açıb və hazırda kriptovalyutanın 100 min dolların altına düşməsi investorların diqqətini cəlb edib.
İngiltərə mərkəzli bank nəhəngi "Standard Chartered" "Bitcoin"in gələcəyi ilə bağlı çox iddialı proqnozlar verib.
"Standard Chartered"ın açıqlamasına görə, "Bitcoin" növbəti iki ay ərzində 130 min dollara çata bilər. Bankın 3 illik proqnozuna görə "Bitcoin"in:
* 2025-ci ildə 200 min dollara,
* 2026-cı ildə 300 min dollara,
* 2027-ci ildə isə 400 min dollara yüksələcəyini təxmin edir.
Bundan əlavə, "Bitcoin"in 2028-ci ilə qədər 500 min dollara çatması ehtimalının yüksək olduğu bildirilib.
Donald Trampın prezident vəzifəsinə başlaması ilə birlikdə "Bitcoin"də əhəmiyyətli artım müşahidə edilib. Onun prezident olduğu dövrdə "Bitcoin" 43% dəyər qazanıb.
Son ayda 109 min dollarla tarixi rekord qıran "Bitcoin" ticarət müharibələrinin və gömrük vergisi siyasətlərinin təsiri ilə 97 min 800 dollara qədər geriləyib.
Kriptovalyuta bazarındakı bu qeyri-müəyyənliklər fonunda investorlar "Bitcoin"in Tramp siyasətindən necə təsirlənəcəyini yaxından izləyirlər.
Paşa Məmmədli