Rusiyada bütün Azərbaycan vətəndaşlarının qovulmasını, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib Novaya Zemlyaya göndərilməsi təklif olunub.
Belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O Bakıda "Rossotrudniçestvo"nun bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını əklif edib.
“Birincisi Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və üçün Novaya Zemlyaya göndərilməlidir. Üçüncü, biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”, - deyə o bildirib.
Mənbə: unikal.az