Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 9-cu turun növbəti oyunları keçirilib.
Arena.az xəbər veir ki, turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Sumqayıt Olimpiya İdman Kompleksində “Neftçi” komandası “Gənclər”in qonağı olub. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Turun son qarşılaşmasında isə Fövqəladə Hallar Nazirliyinin idman zalında “Xilasedici” və “Murov” komandaları üz-üzə gəliblər. Gərgin keçən oyunda “Xilasedici” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, ötən gün baş tutan turun açılış matçında “Azərreyl” MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.
Kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları fevralın 12-də və 13-də keçiriləcək.
Yüksək Liqa
9-cu tur
6 fevral
“Gənclər” – “Neftçi” 0:3 (21:25, 16:25, 19:25)
“Xilasedici” – “Murov” 3:1 (25:23, 19:25, 25:20, 25:20)