RU

GÜRCÜSTANDAN 71 AZƏRBAYCANLI QOVULUB VƏ...

2024-cü ildə Gürcüstandan 363 əcnəbi vətəndaş çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 91% çoxdur.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin statistik məlumatında qeyd olunub. Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkədən çıxarılan vətəndaşların ən çoxu, yəni 19,5 faizi Azərbaycan, üçüncü yerdə İran və Hindistan vətəndaşları olub. Beləliklə, 2024- cü ildə Gürcüstandan qovulan əcnəbi vətəndaşların sayı belədir:

● Azərbaycan - 71 vətəndaş;

● İran - 54 vətəndaş;

● Hindistan - 33 vətəndaş;

● Türkiyə - 31 vətəndaş;

● Nigeriya - 31 vətəndaş;

● İraq - 21 vətəndaş;

● Rusiya - 20 vətəndaş;

● Misir - 18 vətəndaş;

● Çin - 15 vətəndaş; ● İordaniya - 15 vətəndaş;

● Türkmənistan 10 vətəndaş;

● Pakistan 10 vətəndaş;

● Liviya 4 vətəndaş;

● Şri Lanka 4 vətəndaş;

● Banqladeş 3 vətəndaş;

● Ermənistan 1 vətəndaş.

Xatırladaq ki, 2023-cü ildə 190 əcnəbi vətəndaş ölkədən deportasiya edilib.

Depirtasiya problemi ABŞ- da yenidən vüsət alıb. Tramp prezidentliyinin ilk günü bəyan etdi ki, ölkədə hazırda 20 milyona yaxın əcnəbi qanunsuz yaşayır və onlar deport ediləcək.

A.Məmmədli

Избранный
31
tezadlar.az

1Источники