RU

Şəkidə minik avtomobili aşdı - Xəsarət alanlar var

Şəkidə yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunda, rayonun İnçə kəndi ərazisində olub.

Belə ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə iki nəfər xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanada yaralılardan birinin vəziyyəti yaxşı olduğu üçün ilkin yardım göstərilib və evə buraxılıb, digər sərnişin Zaqatala rayon sakini 1998-ci il təvəllüdlü Mahmatevinova Aydan Uluxan qızının müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
167
1
cebheinfo.az

10Источники