RU

"Yamal "Barselona" üçün xəzinədir" - Braziliyalı əfsanə

"Barselona"nın sabiq yarımmüdafiəçisi Rivaldo Kataloniya klubunun 17 yaşlı hücumçusu Lamin Yamalın çıxışı ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, Sport.es braziliyalı əfsanənin dediklərini belə çatsırıb:

“Lamin sanki 25 yaşında oynayır. Onun futbol səviyyəsinə heyranam. Bu adam kataloniyalılar üçün əsl xəzinədir. Yaxın gələcəkdə o, dünyanın ən yaxşı futbolçusu adına iddialı olacaq”. 

Yamal İspaniya çempionatının cari mövsümündə 19 oyun keçirib. Gənc hücumçu bu görüşlərdə 5 qol vurub, 10 məhsuldar ötürmə edib. 
Onun "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir. Yamalın bazar dəyəri 180 milyon avrodur.

Mirağa

Избранный
16
fanat.az

1Источники