Astara rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub. Tribunainfo.az xəbər verir ki, Astara şəhərində İctimai yaşayış binalarının əsaslı təmirini əhatə edən müsabiqəni AİİBNDX ləğv edib.
Xatırladaq ki, Astara İcra Hakimiyyətinin tenderlərinin ləğvi sistemli şəkil alıb. Ötən il hətta bir neçə tender məhz gizli sövdələşməyə və rərəmlərin şişirdilməsinə şübhə yaranması səbəbindən ləğv edildiyi qeyd edilmişdi.