RU

Netanyahunun Trampa verdiyi HƏDİYYƏNİN FOTOSU

İsrailin "Hizbullah"a qarşı əməliyyatının xatirəsinə ABŞ prezidenti Donald Trampa hədiyyə edilən qızılla örtülmüş peycerin fotosunu üzə çıxıb.

Publika.az xəbər verir ki, sözügedən fotonu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman özünün Telegram kanalında yayımlayıb.

“Peycer baş nazirin müharibənin gedişatını dəyişdirən qərarını simvolizə edir”, - Gendelman yazıb.

Onun sözlərinə görə, bu qərar "Hizbullah"ın mənəviyyatını sarsıtmaq üçün başlanğıc nöqtəsi olub.

O qeyd edib ki, bu strateji əməliyyat İsrailin “gücünü, texnoloji üstünlüyünü və ixtirasını nümayiş etdirir”.

Peycerin dərc olunmuş fotosunda ekranda “hər iki əlinizlə basın” yazılıb və müvafiq düymələri göstərən oxlar var. Ehtimal olunur ki, bu düymələr basılandan sonra "Hizbullah" üzvlərinə məxsus oxşar qurğular onların əllərində partlayıb.

Избранный
16
1
publika.az

2Источники