RU

Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Nərgiz Yusif qızı İsgəndərovanı "Mercedes" markalı avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
61
14
yenisabah.az

10Источники