RU

Tramp BCM-i cəzalandırır - Sanksiyalar gəlir


ABŞ prezidenti Donald Tramp bu gün Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi barədə sərəncam imzalamağı planlaşdırır.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən bildirib.

Agentlik bildirir ki, BCM-yə qarşı sanksiyalar ABŞ-yə və onun müttəfiqlərinə qarşı yönəlmiş hərəkətlərə görə tətbiq olunacaq.

ABŞ vətəndaşları və ya ABŞ-nin müttəfiqləri ilə bağlı araşdırmalarında BCM-yə kömək edən şəxslərə maliyyə və viza məhdudiyyətlərinin qoyulacağı gözlənilir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı əməliyyatlaraa görə İsrailin baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order vermişdi.

Zaur, BakuPost

Избранный
91
3
bakupost.az

10Источники